📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı

2023-10-03 14:18:16

Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.

Qeyd edək ki, işçi qrupun rəhbəri Soltan Məmmədovdur./musavat.com/