📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan gəncliyi irəliyə gedir…” — Mərhum jurnalist Elmar Hüseynovun oğlu

2024-02-06 21:44:57

“Azərbaycan gəncliyi irəliyə gedir…” — Mərhum jurnalist Elmar Hüseynovun oğlu

Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunun iştirakçıları arasında “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun oğlu Aslan Hüseynov da olub.

A.Hüseynov Diaspor TV-yə açıqlamasında forumla bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan və Azərbaycan gəncliyi haqqında tədbirdə səsləndirilən fikirləri çox bəyənib:

“Yeni tanışlıqlarımın yaranmasından çox şad oldum. Biz bir yerdə olsaq, gücümüzü birləşdirsək, çox şeylərə nail olabilərik”.