Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə üçüncü oldu
2024-03-02 19:57:58
Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.
Komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələniblər. \\Redaktor.Az