📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan gimnastları beynəlxalq turnirdə 17 medal qazanıblar

2024-06-04 14:10:33

Azərbaycan gimnastları beynəlxalq turnirdə 17 medal qazanıblar

Hurriyyet.az

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş “Montenegro Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Yığma üzvləri 6 qızıl, 5 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 17 medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova halqa və gürzlərdə qızıl, lent və toplarla hərəkətdə gümüş, Zəhra Cəfərova isə halqa və lent proqramında bürünc mükafata sahib çıxıb.

Gənclərin yarışında Nilufər Oruclu B kateqoriyasında halqa və toplarla çıxışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Müvəffəqi topla birinci, gürzlər və lentlə ikinci, halqada isə üçüncü yeri tutub. Mədinə Abbaslı isə top, gürzlər və lentlərlə hərəkətlərin icrasında bürünc mükafata yiyələnib.

Yeniyetmələrin mübarizəsində Nur Sadıqova və Məryəm Baloğlanova gürzlərdə qüvvəsini sınayıblar. Onlar müvafiq olaraq, qızıl və gümüş medal əldə ediblər./Azərtac