📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan güləşçisi adını tarixə yazdırdı

2023-07-08 00:14:00

Azərbaycan güləşçisi adını tarixə yazdırdı

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb.

Hurriyyet.Az-ın məlumatına görə, 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub.

Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.