📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

2024-08-20 21:29:09

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.

Təmsilçimiz ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzub – 0:8.

O, təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayıb – 9:0. Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub. \\Report