📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxdı

2025-04-11 19:57:27

Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kerem Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Hamza Bakıra yenilib.  \\Ölkə.az