📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan-Gürcüstan sərhədində hadisə - Yaralanan var

2022-12-19 09:38:00

Azərbaycan-Gürcüstan sərhədində hadisə - Yaralanan var

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

Hurriyyet.az xəbər verir ki, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.

Faktla bağlı araşdırma aparılır. (report)