Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlıları birgə təlim keçirlər
Hurriyyet.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı hərbçiləri Vaziani poliqonunda “Qafqaz Qartalı - 2022” beynəlxalq təlimləri çərçivəsində nümayiş manevrləri keçiriblər. Bu barədə açıqlamanı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti verib.
Gürcüstan Xüsusi Əməliyyat Qüvvələrinin rəis müavini Georgi Şerazadişvili təlimlərlə bağlı bunları söyləyib: "Bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin elit bölmələrinin iştirak etdiyi və hərbi reyd əməliyyatı keçirdiyi nümayiş təlimləri keçirilib. Bu cür təlimlər ölkələrin xüsusi əməliyyat qüvvələrinin uyğunluğunun artırılmasına və təcrübə mübadiləsinə töhfə verir, regionumuzdakı çağırışlar fonunda mühüm əhəmiyyət kəsb edir”.
Təlimlərdə hərbçilərin An-2 təlim təyyarəsi ilə paraşütlə tullanmalar, hava təchizatı əməliyyatı, zirehli texnika ilə obyektə hücum həyata keçirdikləri xəbər verilir.
Hürr Tərcüman