Azərbaycan hakimiyyəti yerli ermənini Xankəndiyə komendant təyin etdi
2023-10-04 10:01:38
Sarqis Qalstyan Azərbaycan prezidentinin administrasiyası tərəfindən Xankəndinin komendantı təyin edilib, Ermənistan KİV-i xəbər verir.
Eyni mənbələrə görə, Qalstyan bundan əvvəl qondarma separatçı rejimin “Təhsil Nazirliyi”nin aparat rəhbərinin müavini olub. Vaxtilə o, həm də Şuşa rayonunun işğal idarəsinin məmuru olub. /"Turan"
