📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan hər zaman Türkiyənin yanındadır”

2023-02-06 10:50:00

“Azərbaycan hər zaman Türkiyənin yanındadır”

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır”.