📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının ABŞ-a səfəri davam edir

2023-09-21 14:05:35

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının ABŞ-a səfəri davam edir

25-ci Beynəlxalq Dəniz Simpoziumu Nyuport şəhərində (ABŞ) 90 ölkədən dəniz qüvvələri komandirlərinin və nüfuzlu dəniz təşkilatlarının nümayəndələrinin iştirakı ilə davam edir.

Simpozium çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Donanma admiralı Ərcüment Tatlıoğlu və ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Liza Françetti ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri, eləcə də Azərbaycan və ABŞ Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Ülviyyə, Hurriyyet.az