📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan-Hindistan münasibətlərinin gərginləşməsi müsbət hal deyil" - TURAB RZAYEV

2023-10-26 13:15:50

"Çünki yaxın 10 il biz Hindistanın artan iqtisadi və siyasi ekspansiyasına şahid olacağıq"

"Azərbaycan ilə Hindistan arasında münasibətlərin gərginləşməsini heç də müsbət hal kimi qəbul etmək olmaz". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Turab Rzayev qeyd edib.

Hazırda Hindistanın dünyanın ən böyük 5-ci iqtisadiyyatına sahib olduğunu vurğulayan siyasi şərhçi adıçəkilən ölkə həm də sürətlə böyüyən iqtisadi nəhəngdir: "Yaxın 10 il biz Hindistanın artan iqtisadi və siyasi ekspansiyasına şahid olacağıq. Bütün bunları doğru qiymətləndirərək Hindistan ilə iqtisadi və siyasi münasibətlərin müsbət tendensiyada inkişafına təkan verməyə çalışan hökumət nümayəndələrinə, xüsusilə iqtisadiyyat naziri Mikayıl Cabbarova xüsusi təşəkkür düşür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az