📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan I Liqasında yeni mövsümün püşkü atıldı

2026-08-04 22:48:09

Azərbaycan I Liqasında yeni mövsümün püşkü atıldı

Futbol üzrə Azərbaycan I Liqasında 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, eləcə də klubların nümayəndələri iştirak ediblər.

10 komandanın mübarizə aparacağı Azərbaycan I Liqası üç dövrəli sistem üzrə keçiriləcək. Püşkatma zamanı çempionatın I və XIX turlarının təqvimi müəyyənləşib.

Sentyabrın 3-də start götürəcək yeni mövsümün ilk turunda aşağıdakı qarşılaşmalar keçiriləcək:

MOİK - "Şahdağ Qusar";

"Şimal" - "Cəbrayıl";

"Xankəndi" - "Səbail";

"Mingəçevir" - "Zaqatala";

"Baku Sportinq" - "Karvan-Yevlax".

XIX turun oyunları isə belə olacaq:

"Mingəçevir" - "Xankəndi";

"Şahdağ Qusar" - "Zaqatala";

"Baku Sportinq" - "Səbail";

"Şimal" - MOİK;

"Cəbrayıl" - "Karvan-Yevlax".

Qeyd edək ki, Azərbaycan I Liqasında 2026/27 mövsümünə sentyabrın 3-də start veriləcək.