📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan icazə vermədi, durbinlə izlədi - Foto

2023-08-25 12:48:30

Azərbaycan icazə vermədi, durbinlə izlədi - Foto

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Gorunzurda (Kornidzor) sərhəd ərazisinə baş çəkib.

Hurriyyət.az xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

O, durbinlə Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsini və qarşısında gözləyən “humanitar yardım” TIR-larının olduğu ərazini müşahidə edib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik iki gün öncə Ermənistana gedib və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Azərbaycan isə Kaspşiki qəbul etməkdən imtina edib./axar.az