Azərbaycan ilə Ermənistan komandalarını eyni qrupa saldılar
2023-02-14 22:20:00
Hurriyyet.az xəbər verir ki, 2023-cü ilin Avropa çempionatında Azərbaycan ilə Ermənistanın basketbol üzrə U16 komandaları eyni seçim qrupuna salınıb.
C divizionunun B qrupuna Albaniya, Kipr və San-Marino komandaları da düşüb. Oyunlar bu ilin 19-27 iyul tarixlərində Priştinada (Kosova) keçiriləcək.
Seçmə mərhələrinin püşkatması Almaniyanın Münhen şəhərində keçirilib.
Hürr Tərcüman