📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan ilə Ermənistanın hərbi heyətləri Rusiyadadırlar

2023-09-29 11:58:58

Azərbaycan ilə Ermənistanın hərbi heyətləri Rusiyadadırlar

Hurriyyet.az xəbər verir ki,  8 dövlətin, o cümlədən Azərbaycan və Ermənistanın təmsilçiləri 29 sentyabr tarixində, Rusiyanın Tula şəhərində keçiriləcək MDB dövlətlərinin müdafiə nazirlərinin iclasında iştirak eləmək üçün bu şəhərə gediblər. Məlumatı RF MN verib.

Açıqlamaya görə, iclas zamanı  hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Tulaya Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirliklərinin nümayəndələri gediblər.

Hürr Tərcüman