Azərbaycan ilk dəfə UFC-də təmsil olunur: Fiziyev bu gecə vacib döyüşə çıxır - FOTO
2022-07-09 16:38:00
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünə çıxacaq.
Hurriyyet.az xəbər verir ki, o, braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə iyulun 10-da saat 05:00-da keçiriləcək.
Bu görüşdə R.Fiziyev rəsmi olaraq Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, tərəflər arasında döyüş ilin əvvəlində baş tutmalı idi. Lakin Rafael Fiziyev “Omikron”a yoluxduğundan görüş alınmamışdı.