Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
2026-10-05 20:09:37
Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
Hurriyyet.net “Report”a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Liya Bayramova gətirilib.
O, şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. Sarabi isə holdinqin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, L.Sarabi bu ilin yanvarında AİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.