📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan İnvestisiya Şirkəti" və "OurCrowd" memorandum imzalayıblar

2021-07-30 09:52:00

"Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, memorandum əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəyə transferi həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur. Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

#

Mirsəid İbrahimzadə