📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan-İran birgə hərbi təlimləri: "buzlar əriyir"? - Açıqlama

2024-06-12 19:33:46

Azərbaycan-İran birgə hərbi təlimləri:

Azərbaycanın öz ərazisində keçirilən təlimlər daha əvvəlcədən planlaşdırılıb. İranla birgə təlimlər isə Azərbaycanla razılaşdırılmış şəkildə keçirilir”.

Hurriyyet.Az bildirir ki, bunu BakuPost.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev hazırda Naxçıvanda və İranda keçirilən hərbi təlimlər haqda danışarkən deyib.

O, Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib:

“Bu təlimlər eyni zamanda İran ərazisindən keçən və Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyaların qorunması məsələlərini də özündə ehtiva edir. Hesab etmirəm ki, hazırda Azərbaycanla İran arasında hansısa gərginlik mövcuddur. Təbii ki, daha əvvəllər müəyyən fikir ayrılıqları, gərginliklər müşahidə etmişik. Amma artıq bu gərginliklər geridə qalıb. İran ilə Azərbaycan arasında son aylar ərzində əldə olunan razılaşmalar iki qonşu ölkənin münasibətlərinin müsbət məcrada inkişafına imkan yaradıb. Ona görə də bu təlimlərin hər iki ölkənin maraqları çərçivəsində keçirildiyini deyə bilərik”.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında diskolasiya olunan bölmələri ilə taktiki təlimlər başlayıb. Eyni zamanda, Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlimlər baş tutacaq.

 

Vasif Əlihüseyn