📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan İrandakı terror aktını pislədi

2023-08-14 14:43:00

Azərbaycan İrandakı terror aktını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində bildirilib. 

“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, - qeyd olunub.