📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan İslandiyaya qarşı

2025-09-05 09:32:10

Azərbaycan İslandiyaya qarşı

Bu gün Azərbaycan DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxır.

Hurriyyet.az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz səfərdə İslandiya yığması ilə üz-üzə gələcək.

Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi D qurpunda Fransa, Ukrayna və İslandiya yığmaları ilə mübarizə aparacaq.

DÇ-2026

Seçmə mərhələ, D qrupu

5 sentyabr

22:45. İslandiya – Azərbaycan

Baş hakim: Sander van der Eyk