📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım

2022-11-18 13:00:00

Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əlavə, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi müzakirə ediləcək. (qafqazinfo)