Azərbaycan İtaliyadan silah almaq istəyir - "La Repubblica"
Azərbaycan İtaliya ilə bir neçə aydır silah alınması ilə bağlı danışıqlar aparır. Bu barədə “La Repubblica” qəzeti yazır.
Onun sözlərinə görə, Bakı digər şeylərlə yanaşı, ümumi dəyəri 1-2 milyard avro qiymətləndirilən təlim təyyarələri, pulemyotlar, özüyeriyən zenit qurğuları, hərbi nəqliyyat təyyarələri və sualtı qayıqlar üçün müraciət edib. İki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar aparılıb.
Bununla belə, nəşr qeyd edir ki, Qarabağda baş verən son hadisələr indi İtaliya hökuməti üçün problem yaradır. İtaliya silahlarının tədarükü üçün icazələrin verilməsinə nəzarət edən UAMA xüsusi idarəsinin icazəsi olmadığı üçün bütün müqavilələr hələ də bloklanır. Qəzet yazır ki, 1992-ci il qaydalarına görə, hərbi münaqişə vəziyyətində olan ölkəyə silah satıla bilməz. Bu səbəbdən Bakı Türkiyə və İsraildə alternativ istehsalçılar axtarmağa başlayıb.
Ülviyyə, Hurriyyet.az