Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək - Ərdoğan
2023-04-29 14:01:00
Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.
Hurriyyet.az bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.
O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.
Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.
azpolitika.info