📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan klubları avrokuboklarda iştirakdan imtina edə bilər

2024-07-05 20:26:50

Azərbaycan klubları avrokuboklarda iştirakdan imtina edə bilər

Basketbol üzrə ölkə kubokunun qalibi "Neftçi" və ABL-nin finalçısı "Xəzri" avrokuboklarda iştirak etməyə bilər.

Buna səbəb maliyyə məsələləridir.

Adıçəkilən komandalar gələn həftə klubdaxili iclas keçirəcək və yekun qərar veriləcək.

Qeyd edək ki, bu məsələdə problem yaşamayan yeganə klub "Sabah"dır. Son ölkə çempionu avrokuboklara hazırlıq məqsədi ilə indidən heyətini gücləndirməyə başlayıb. \\Offsideplus.az