📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

2023-01-11 21:40:00

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şamaxı”nın Rumıniyanın "Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Şamaxı” günün ilk matçında Qazaxıstan "Kaysar”ı ilə qolsuz heç-heçə edib.\\Qaynarinfo.az