📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan klubunun sabiq prezidenti vəfat etdi

2024-01-22 19:24:26

Azərbaycan klubunun sabiq prezidenti vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, uzun illər “Göyəzən” futbol klubunun prezidenti olmuş Mehdi Salmanov dünyasını dəyişib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, AFFA rəhbərliyi bir müddət Qərb Regional Futbol Federasiyasının rəhbəri işləmiş M.Salmanovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.