📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan komandasının bayraqdarları müəyyənləşib - “Paris-2024”

2024-07-17 20:30:35

Azərbaycan komandasının bayraqdarları müəyyənləşib - “Paris-2024”

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Hurriyyet.az xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.