📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan kosmik əməkdaşlıq sahəsində yeni beynəlxalq sazişə qoşuldu

2025-12-25 15:23:52

Azərbaycan kosmik əməkdaşlıq sahəsində yeni beynəlxalq sazişə qoşuldu

Azərbaycan Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulub.

Hurriyyet.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.