📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib

2026-02-04 22:08:16

Azərbaycan Kuboku:

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah" və "Qəbələ" bərabərə qalıb.

Oxu.Az xəbər verir ki, tərəflər arasında "Bank Respublika Arena"da baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Raundun cavab oyunu martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında - "Sumqayıt" və "Zirə" kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları keçiriləcək.