📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Kubokunda ilk finalçı BU KLUB OLDU

2026-04-21 22:10:34

Azərbaycan Kubokunda ilk finalçı BU KLUB OLDU

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Modern.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.