📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Kubokunun finalı Gəncədə olacaq

2026-09-17 14:47:47

Azərbaycan Kubokunun finalı Gəncədə olacaq

Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncə Şəhər Stadionunda baş tutacaq.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov paylaşım edib:

“Düşünürəm ki, bu xəbər hər kəsin ürəyincə olacaq. Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan Gənclər və İdman Naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək!”.