Azərbaycan Mərkəzi Asiyadan yeni enerji dəhlizi qurur
Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalayacaqlar. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun açıqlamasında deyilir.
Müqavilə qeyri-müəyyən müddətə bağlanacaq və Avropa ilə digər regionlara təmiz enerji təchizatının təşkilinə aid olacaq.
“COP29 üzrə planlarımıza Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması daxildir”, deyə Şahbazov qeyd edib. .
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyadan başlayacaq yeni enerji dəhlizi təşəbbüsünün mühüm halqasına çevriləcək.
Nazir əlavə edib ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin Mərkəzi Asiya ilə birləşdirilməsinin mümkünlüyü də müzakirə olunur.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Azərbaycan və Özbəkistan “yaşıl enerji”nin Aİ-yə ixracının təşkili üçün üç ölkənin enerji sistemlərinin birləşdirilməsi haqqında memorandum imzalamışdı.
Ülviyyə, Hurriyyet.az