Azərbaycan millisi Avstriyanı uddu
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda mübarizəsinə start verilib.
Hurriyyet.net xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.
Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb. -57 kq-da Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib.
Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.
Beləliklə, qarşılaşmada 4:0 hesablı üstünlük əldə edən millimiz mübarizəni vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.