📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan millisi Estoniyaya qalib gəldi

2023-10-13 22:22:49

Azərbaycan millisi Estoniyaya qalib gəldi

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 7-ci tur oyununa çıxıb.

Hurriyyet.Az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Estoniya ilə qarşılaşıb. Tallində keçirilən görüşdə Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, Bakıdakı matç 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, Azərbaycan milisi Avro-2024-ün seçmə mərhələsində 5-ci oyununda qələbə qazanıb.

Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.

Azərbaycan millisi hazırda F qrupunda 4 xalla (5 oyun) 4-cü, Estoniya 1 xalla (6 oyun) 5-cidir.

13 oktyabr

20:00. Estoniya - Azərbaycan - 0:2 

Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4-pen.