📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan millisi ilə oyundan əvvəl İsveçdən yeni qərar

2023-11-16 21:36:48

Azərbaycan millisi ilə oyundan əvvəl İsveçdən yeni qərar

İsveç komandası bu gün Azərbaycan millisi ilə oyuna qara sarğı ilə çıxacaq.

Oktyabrın 16-da AVRO-2024-ün Belçika-İsveç matçından əvvəl qonaq komandanın iki nəfər azarkeşi Brüsseldə qətlə yetirilib.

Bu səbəbdən fasilədən sonra oyun yarımçıq dayandırılıb.

İsveç Futbol Federasiyası həmin azarkeşlərin xatirəsinə ehtiram əlaməti olaraq, bugünkü oyuna qara sarğı ilə çıxmaq barədə qərar verib. Bu qərar UEFA tərəfindən təsdiqlənib. \\Sportinfo.az