Azərbaycan millisi rəqibini darmadağın etdi
2026-10-06 22:51:36
Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu - 10-cu tur oyununa çıxıb.
Hurriyyet.net xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlıb.
Masazırda keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı lüksemburqlu baş hakim Yasmin Sabotiç idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 10 oyundan sonra 10 xalla 5-cidir.
17:45.
Azərbaycan - Cəbəllütariq - 3:0
Qollar: Nihad Əhmədzadə, 8, Ağadadaş Salyanski, 43, 51