📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

2025-09-18 22:41:03

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

21 yaşlı müdafiəçi sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.

Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib. \\Report