📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunur

2022-03-21 18:03:00

Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunur

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubunun düşərgəsinə qayıtmayacaq.

"Report" "Match TV"yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumameylli yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən gənc vingerin Kazan təmsilçisində oynamasını istəmir.

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.