📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan MN Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib

2021-11-15 13:12:00

Azərbaycan MN Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

Nazirlikdən Hurriyyet.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.