📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana NÖVBƏTİ XƏBƏRDARLIQ - SON DƏQİQƏ

2021-12-09 10:42:00

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana NÖVBƏTİ XƏBƏRDARLIQ - SON DƏQİQƏ

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Hurriyyet.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.