📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan narazıdır və AİB-ə daxil olmayacaq” - Danielyan

2021-11-11 17:44:00

“Azərbaycan narazıdır və AİB-ə daxil olmayacaq” - Danielyan

“Paşinyan Moskvada ikinci və yekun kapitulyasiya aktını imzalamaq əvəzinə müsahibə verir, müsahibədə əvvəlki aktın, yəni üçtərəfli razılaşmanın işləmədiyini iddia edir”.

Hurriyyet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan yazıb.

Onun sözlərinə görə, “Lavrov planı” tamamilə uğursuz olub.

“Azərbaycan narazıdır və AİB-ə daxil olmayacaq, Ermənistan narazıdır və müttəfiqindən hesab tələb etməyə başlayır, rus sülhməramlıların Qarabağdakı statusu isə havada asılı vəziyyətdə qalır”, - deyə Danielyan qeyd edib.

ordu.az