📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan nefti bu gün də ucuzlaşdı

2026-08-26 11:23:31

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Hurriyyet.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 3,20 dollar və ya 3,4% zalaraq 91,93 ABŞ dollarına düşüb.

Qeyd edək ki, ötən gün neftimiz 97,12 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.