Azərbaycan nefti cüzi bahalaşıb
2026-08-22 15:50:25
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.44 ABŞ dolları və ya 0.45% artaraq 97.12 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 96.68 ABŞ dolları idi.