📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan nefti UCUZLAŞDI

2022-04-02 13:18:00

Azərbaycan nefti UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları, yaxud 1,56 % azalaraq 110,58 ABŞ dollarına düşüb.

Hurriyyet.az xəbər verir ki, dünən “Brent” markalı neftin bir bareli 104,71 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.