📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

2026-02-10 09:31:28

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dollar və ya 0,72% artaraq 71,21 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,7 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.