Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır
2026-01-30 10:13:29
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dolları və ya 3,58 % artaraq 72,89 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 72,36 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,54 ABŞ dolları və ya 3,75 % artaraq 70,31 ABŞ dolları təşkil edib.