📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

2022-01-19 11:15:00

Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Hurriyyet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,8 % artaraq 90,56 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.